Brent nefti İran ətrafında gərginlik fonunda 70 dolları ötüb

16:41 - 11.02.2026


11 fevral, Fineko/abc.az. 11 fevral tarixində Brent markalı neftin qiyməti 2%-dən çox artaraq 30 yanvar 2026-cı ildən bəri ilk dəfə bir barel üçün 70 dollar həddini keçib.

ABC.AZ xəbər verir ki, artım Yaxın Şərqdə gərginliyin güclənməsi ilə əlaqədardır: KİV-in məlumatına görə, İranla danışıqların uğursuz olacağı təqdirdə Ağ Ev regiona ikinci aviadaşıyıcı zərbə qrupunun göndərilməsi imkanını nəzərdən keçirir.

Bloomberg-in qeyd etdiyi kimi, geosiyasi risklər bazarda təklif bolluğu ilə bağlı narahatlıqları üstələyib. Ekspertin sözlərinə görə, texniki baxımdan neft yenidən artım mərhələsinə keçib, müqavimət zonası isə 70–70,2 dollar diapazonuna yüksəlib.