16:58 - 11.02.2026
11 fevral, Fineko/abc.az. Azərbaycanda 2025-ci ildə kondensat hasilatı 4 milyon 911,88 min ton təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən 7,1 % aşağıdır.
Hesabat dövründə ölkədə ümumi neft hasilatında kondensatın payı 17,7 % olub. Neftin payı isə 82,3 % - 22 milyon 767,77 min ton (4,2 % az) təşkil edib.
Daha əvvəl bildirilmişdi ki, Azərbaycanda 2025-ci ildə neft hasilatı (kondensatla birlikdə) 27 milyon 679,65 min ton (2024-cü ilə nisbətən 4,7 % az) təşkil edib.
5 Mart 2026
5 Mart 2026
3 Mart 2026