İKZF 152 milyon manatlıq yaşayış sahələri alır

12:00 - 12.02.2026


12 fevral, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu yaşayış sahələrini satın alır.

ABC.AZ xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində yaşayış sahələrinin satın alınması-3 layihəsi həyata keçirir.

Bu çərçivədə “Körpü-Bina-Tikinti” MMC tərəfindən satışa çıxarılan yaşayış sahələrinin dəyəri 152.298.846 AZN təşkil edir.

Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Bakı şəhər inzibati ərazisinin tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcəkdir.