14:07 - 12.02.2026
12 fevral, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanın ticarət balansında 146,4 milyon dollar məbləğində müsbət ticarət saldosu və ya qalıq yaranıb. Bu 2024-cü ildə 5 milyard 280,4 milyon dollar məbləğində müsbət saldo yaranıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın xarici ticarət dövriyyəsi 48 milyard 905,8 milyon ABŞ dolları təşkil edib.
Bunun 24 526,1 milyon dolları ixracın, 24 milyard 379,7 milyon dolları isə idxalın payına düşüb.
2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artıb, lakin real ifadədə 8,6 faiz azalıb. Real ifadədə idxal 8,5 faiz, ixrac isə 8,7 faiz azalma göstərib.
2025-ci ildə qeyri-neft-qaz məhsullarının ixracı 3 milyard 628,2 milyon dollar olub. Bu göstərici 2024-cü ilə nisbətən faktiki qiymətlərlə 8,1 faiz artsa da, real ifadədə 18,1 faiz azalıb.
6 Mart 2026
6 Mart 2026