Rusiya idxal mallarına tam 22% ƏDV tətbiq etməyi planlaşdırır

14:16 - 12.02.2026


12 fevral, Fineko/abc.az. Rusiya Sənaye və Ticarət Nazirliyi 2027-ci il yanvarın 1-dən bütün idxal mallarına tam 22% ƏDV tətbiq etməyi təklif edib.

ABC.AZ xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Anton Alixanov açıqlama verib.

Təklif yerli və xarici təchizatçılar üçün bərabər şərait yaratmağa yönəlib, çünki hazırda xarici şirkətlər ƏDV-dən və gömrük rüsumlarından azaddır.

Sənaye və Ticarət Nazirliyinin təklifi Maliyyə Nazirliyinin planları ilə üst-üstə düşmür — Maliyyə Nazirliyi idxal mallarına ƏDV-nin mərhələli artırılmasını: 2027-ci ildə 5%-dən başlayaraq 2030-cu ilə qədər 20%-ə çatdırmağı təklif edir.

Vergi təşəbbüsü ilə yanaşı, nazirlik sərhədlərarası onlayn ticarət sisteminin təkmilləşdirilməsi və marketpleyslərdə komissiyaların tənzimlənməsi üzərində də işləyir.