Hindistanın “Goldi Solar” şirkəti 350 milyon dollarlıq IPO planlaşdırır

14:28 - 12.02.2026


12 fevral, Fineko/abc.az. Hindistanın günəş modulları istehsalçısı “Goldi Solar” 350 milyon dollar məbləğində ilkin kütləvi səhmlərin yerləşdirilməsini (IPO) nəzərdən keçirir.

ABC.AZ xəbər verir ki, “Goldi Solar” emissiya prospektinin layihəsini artıq aprel ayında təqdim edəcək. Gözlənilir ki, yerləşdirmə əsasən yeni səhmlərdən ibarət olacaq, mövcud investorların payına düşən ikinci dərəcəli səhmlərin həcmi isə az olacaq.

Həmçinin bildirilir ki, “Goldi Solar”ın IPO-su bu il Hindistan birjasında baş tuta bilər. Sövdələşmənin həcmi, strukturu və müddətləri daxil olmaqla detalları hələ dəqiqləşdirilir və dəyişə bilər.