16:55 - 5.03.2026
5 mart, Fineko/abc.az. Almaniyanın Volkswagen Group avtomobil konserni 2013-cü ildə bu cür modellərin satışına başlanandan bəri 4 milyon elektrikli avtomobil tədarük edib.
Şirkətin ilk milyon tam elektrikli avtomobili satması on il çəkdi. Volkswagen rəhbəri Oliver Bloome qeyd etdi ki, dördüncü milyon yalnız bir il çəkib.
ABC.AZ xəbər verir ki, şirkətin elektrik avtomobillərinin üçdə ikisindən çoxu Avropada satılıb. Tədarüklərin 20%-i Çinin, 8%-i ABŞ-ın, 5%-i isə digər ölkələrin payına düşüb.
Volkswagen elektromobilləri arasında ən populyar sinif kompakt avtomobillər olub — onların ümumi satışlardakı payı təxminən 70% təşkil edir. Bu kateqoriyaya VW ID.3 və ID.4, Skoda Enyaq, Cupra Born və Audi Q4 e-tron kimi məşhur modellər daxildir. Ümumilikdə, Volkswagen qrupuna daxil olan brendlər 30-dan çox tam elektrik minik avtomobili modeli, həmçinin Scania, MAN və Volkswagen Truck & Bus markaları altında elektrik yük avtomobilləri və elektrobuslar təklif edir.
İlin əvvəlindən etibarən Volkswagen-in kapitallaşması 8,4% azalaraq 47,68 milyard avroya düşüb.
22 Aprel 2026
22 Aprel 2026
22 Aprel 2026
22 Aprel 2026
22 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026
20 Aprel 2026