Qəbələdə elektrik yarımstansiyasının təmirinə 23 milyon manat xərclənəcək

17:31 - 5.03.2026


5 mart, Fineko/abc.az. Azərenerji Açıq Tipli Səhmdar Cəmiyyəti Qəbələdə elektrik infrastrukturunun yenilənməsi ilə bağlı müsabiqə elan edib.

ABC.AZ xəbər verir ki, müsabiqə mövcud 220/10/10 kV-luq Qəbələ yarımstansiyasının 220/110/10 kV-luq yarımstansiyaya keçirilməklə yenidən qurulması işlərini əhatə edir.

Tender üzrə ehtimal olunan qiymət 22 771 995 manat təşkil edir.